Fərqanəyə uçan təyyarə Türkmənistanda TƏCİLİ ENİŞ ETDİ


Fərqanəyə uçan təyyarə Türkmənistanda TƏCİLİ ENİŞ ETDİ

Mədinədən Fərqanəyə uçan Özbəkistanın “Centrum Air” şirkətinə məxsus təyyarə Türkmənistanda məcburi eniş edib. 

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

 

Qeyd olunub ki, təyyarə mühərrikdə baş verən yağ sızması səbəbindən Marı şəhərində məcburi eniş edib.

 

"1 fevral 2025-ci il tarixində C6 3336 saylı reys ilə Mədinədən Fərqanəyə uçan “Centrum Air”in “A321neo” təyyarəsi Türkmənistan hava məkanı üzərində uçarkən mühərrikində yağ sızması aşkar edilib. Uçuş əməliyyatları təlimatına uyğun olaraq komandir təyyarəni Marı şəhərinin ən yaxın hava limanına endirmək qərarına gəlib”, - məlumatda deyilir.

 

Mətbuat xidmətinin məlumatına görə, Fərqanədən 1 200 km uzaqlıqda yerləşən Marı şəhərinə ehtiyat təyyarə göndərilib və sərnişinlər təyin olunmuş ünvana yola salınıb.

 

Aviaşirkət nasazlığın aradan qaldırıldığını və təyyarənin yaxın zamanda fəaliyyətə başlayacağını bildirib.

 

"Mühərrikdəki yağ sızması aradan qaldırılıb və təyyarə yaxın zamanda sərnişinsiz texniki reyslə Daşkəndə uçacaq", - mətbuat xidməti əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...