183 fələstinli məhbus azad edildi
Dünya
17:17 / 01.02.2025
64287
İsrail hakimiyyəti HƏMAS hərəkatı ilə barışıq sazişi çərçivəsində 183 fələstinli məhbusu azad edib.
Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Azad edilən fələstinlilərin bir hissəsinin İordaniyanın qərb sahilinə, bir hissəsinin isə Qəzza zolağına aparıldığı qeyd edilir.
Xatırladaq ki, yanvarın 30-da İsrail həbsxanalarından 110 fələstinli məhbus azad olunub.