Turist otel otağında təyyarə tapdı

Turist otel otağında təyyarə tapdı

Amsterdamdakı (Hollandiya) oteldə qeyri-adi kəşf Şimali İrlandiyadan olan qonağı şoka salıb.

 

Sfera.az bildirir ki, turist kəşfini “TikTok”da izləyiciləri ilə bölüşüb. Onum paylaşımı sosial mediada böyük səs-küyə səbəb olub.

 

Hollandiyanın paytaxtına gələn gəncin standart bir otel otağı alacağı gözlənilirdi. Bununla belə, adi mühitin əvəzinə içəridə tam bir təyyarə modelini tapıb. Artıq 22,6 milyon dəfə baxılan videosunda o, "indiyə qədərki ən çılğın otel otağı" ilə qarşılaşdığını bildirib.

 

Əvvəlcə video olduqca adi görünür: qarderob, stul, çarpayı və televizor. Lakin sonra hənc adam kameranı yerindən tərpədir və otağın düz ortasında quraşdırılmış “Amsterdam şəhəri” yazısı olan nəhəng bir təyyarə modelini göstərir. Məlum olub ki, orada tam təchiz olunmuş sərnişin oturacaqları, işıqlandırma, hətta daxil ola biləcəyiniz pilot kabinəsi də var.

 

"Sadəcə standart bir otel otağı... çox maraqlıdır" - deyə oğlan videosunda bildirir. 

 

“TikTok” istifadəçiləri dərhal minlərlə şərhlə belə bir otağın hansı oteldə yerləşəcəyi ilə maraqlanıblar. Məlum olub ki, bu unikal otaq “Corendon Amsterdam New-West Hotel”də “Suite 737”dir. Orada 100 funt-sterlinqə gecələyə bilərsiniz, şərhçilərin fikrincə, bu qeyri-adi təcrübəyə dəyər.

 

Bir istifadəçi qeyd edib ki, bu, unikal səyahət məzmunu yaratmaq istəyən bloqqerlər üçün ideal yerdir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...