Türk ölkəsində antiterror əməliyyatı: 169 nəfər həbs edildi


Türk ölkəsində antiterror əməliyyatı: 169 nəfər həbs edildi

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə yanvarın 27-dən 31-dək ölkə ərazisində genişmiqyaslı “Antiterror təmizliyi” əməliyyatları keçirib.

 

Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, kriminogen vəziyyətin sabitləşdirilməsi, ayrı-ayrı şəxslərin və cinayətkar qrupların müəyyən edilməsi məqsədilə ümumilikdə 946 xüsusi tədbir keçirilib.

 

“Nəticədə ağır və xüsusilə ağır cinayətlər törətməyə meyilli olan və ölkədə cinayətkarlığın vəziyyətinə mənfi təsir göstərən 418 nəfər müəyyən edilib. Onların barələrində cinayət işi başlanılıb. Başlanmış cinayət işləri çərçivəsində 169 nəfər həbs edilib, 42 cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb. 399 nəfər inzibati məsuliyyətə cəlb olunub, axtarışda olan 109 nəfər həbs edilib”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, qanunsuz dövriyyədən 80 ədəd silah və döyüş sursatı, 30,3 kq-dan artıq narkotik vasitə, 4 min 521 ədəd güclü təsir göstərən narkotik vasitə, 186 ədəd bıçaq, 22 ədəd dəyənək, 17 ədəd mis düyün çıxarılıb.


OXŞAR XƏBƏRLƏR

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...