İrakli Kobaxidze Ermənistana səfər etdi

İrakli Kobaxidze Ermənistana səfər etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ermənistana səfəri başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

 

Məlumata görə, hökumət başçısını İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb.

 

Qeyd edilib ki, səfər çərçivəsində İ.Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirəcək. Həmçinin, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

 

İclas başa çatdıqdan sonra İ.Kobaxidze və N.Paşinyan media üçün birgə bəyanatlar verəcəklər.

 

Gürcüstan Baş nazirini müşayiət edən heyətin tərkibinə baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcvelaadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.


OXŞAR XƏBƏRLƏR

Mbappedən yeni uğur: Oyunda het-trik etdi

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.   Sfera.az xəbər verir ki, 26 ...

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən gənclərin sayı ARTIR - SƏBƏB NƏDİR?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2,2 milyarddan çox insan yaxın və uzağı görmə problemi yaşayır. Son zamanlar Azərbaycanda da&n...

“Araz Market”də DAVA: Qadın ərinə mesaj yazan işçini...

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Araz market"də insident baş verib. Mağazada işləyən xanım tanımadığı bir xanım tərəfindən...

Bu gün bəxti gətirəcək BÜRC: ən mühüm və xoş hadisələr olacaq

Uğur həmişə hər kəsə lazımdır, lakin çətin dövrlərimizdə onsuz bunu etmək xüsusilə çətindir, ona görə də ulduzların və taleyinin sizin tərəfinizdə olduğunu bilm...

Polis əməliyyatlar keçirdi - 64 nəfər saxlanılıb

Fevralın 19-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfer...

Bakıda QEYRİ-ADİ psixoloq SEANSI - Pasiyentlər yerə yıxılaraq ağlayır, əsir və qışqırırlar – VİDEO

Bakıda psixoloqun pasiyentlərlə təşkil etdiyi seans videosu müzakirə mövzusuna çevrilib.   Sfera.az xəbər verir ki, özünü psixoloq kimi təqdim e...