“Meta” Trampa 25 milyon dollar ödəyəcək
ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra feysbuk və Instagram sosial şəbəkələrində onun səhifələrinin bloklandığına görə “Meta” korporasiyası ilə razılaşma imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Razılaşmanın şərtlərinə görə, 22 milyon dollar prezident kitabxanasının fonduna, qalanı isə məhkəmə xərclərinə yönəldiləcək. Nəşr bildirib ki, korporasiya da öz günahını açıq şəkildə etiraf etməyəcək.
Bundan əvvəl Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb. Vurğulanıb ki, Zukerberq korporasiyasını yeni administrasiyanın mümkün zərbəsindən qorumaq üçün son il yarım ərzində Trampla münasibətləri yaxşılaşdırmağa çalışır.(Report)