Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirildi

Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirildi

Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib.

 

Sfera.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib.

 

Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov iştirak ediblər.

 

Tədbirdə Azərbaycanın Türkiyə və Özbəkistanla əlaqələrinin inkişafı, potensial birgə layihələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkələrimizin yerləşdiyi regionda geosiyasi proseslər fonunda dövlət başçılarımızın liderliyi ilə qarşılıqlı tərəfdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın güclənməsində önəmli rolu var. TDT-nin 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında imzalanmış Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi, həmçinin Türk İnvestisiya Fondu strateji və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.

 

Bildirilib ki, indiyədək Türkiyə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub və ölkələrimiz arasında investisiya üzrə işbirliyi genişlənir. Eləcə də Azərbaycan sərmayəçiləri ölkələrimiz üçün vahid ekosistemin iştirakçıları kimi çıxış etmək əzmindədirlər. Qeyd olunub ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına qədər investisiya yatırıb.

 

Türkiyə şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasında daha fəal iştiraka, təqdim edilən güzəştlərdən yararlanmağa dəvət edilib.

 

Biznes forumda Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin getdikcə artdığı vurğulanıb. Orta Dəhliz üzrə nəqliyyat-tranzit daşımalarında da artım var. 500 milyon dollarlıq kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xətti ilə 8 layihə üzrə işlər görülür. Bildirilib ki, Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması, Xankəndi şəhərində tikiş fabrikinin açılışı ölkələrimiz və xalqlarımız arasında əsl qardaşlıq nümunəsidir.

 

Forumda Azərbaycan, Türkiyə və Özbəkistan arasında iqtisadi birliyin gücləndirilməsi, biznes tərəfdaşlığının effektivliyinin artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanları müzakirə edilib.

 

Tədbirdə TOBB prezidenti Rifat Hisarcıklıoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türk Ticarət və Sənaye Palataları Birliyinin Prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru vəzifəsini icra edən Mansurcan Rasulev ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional nəqliyyat və logistika potensialı, həmçinin biznes üzrə işbirliyinin inkişafı üçün birgə imkanlara dair məlumat veriblər.

 

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.


OXŞAR XƏBƏRLƏR

İsveçdə Quranı yandıran iraqlı mühacir qətlə yetirildi

İsveçdə Quranı yandıran iraqlı mühacir öldürülüb.   Sfera.az xəbər verir ki, Salvan Momika Stokholmun cənubundakı Södertälje şəhərində güllələnmiş ha...

Bakıda quldurluq və oğurluq edənlər tutuldu

Nəsimi rayonu ərazisində bir nəfərin 2000 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.   Sfera.az xəbər verir ki, Nəsimi ...

Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Hökumət Administ...

Rusiya bankları ötən ili mənfəətlə tamamlayıb

Rusiyada fəaliyyət göstərən banklar 2024-cü ildə 3,8 trilyon rubl (təxminən 38,7 milyard dollar) xalis mənfəət əldə ediblər.    Sfera.az xəbər v...

Abşeronda 38 yaşlı qadın öldürüldü - Dayısı şübhəli bilinir

Abşeronda 38 yaşlı qadın qətlə yetirilib.   Sfera.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.   1987-ci il təvəllüdlü Türk...

Türkiyənin HƏMAS-a açıq dəstəyi hansı riskləri yarada bilər? - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Prezident sarayında görüşü...