Logo

Pentaqon üçün yeni “F-35”lərin tədarükü yenidən təxirə salındı

Pentaqon üçün yeni "F-35"lərin tədarükü yenidən təxirə salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Pentaqona tam modernləşdirilmiş beşinci nəsil “F-35” qırıcılarının tədarükü yenidən təxirə salınır.

Sfera.az xəbər verir ki, bu barədə “Defense One” nəşri təyyarədə işləyən “Lockheed Martin” şirkətinin nümayəndələrinə istinadən məlumat yayıb.

"Pentaqonun “F-35” qırıcılarının aviaparkı bu il “TR-3” proqram təminatı ilə tam yenilənmə versiyasını ala bilməyəcək", - nəşrdə qeyd olunub.

“TR-3”ün təkmilləşdirilmiş konfiqurasiyası əvvəlcə 2023-cü ilin yazında hazır olmalı idi, lakin şirkət proqram təminatının hazırlanmasında problemlərlə üzləşib. Ötən il “Lockheed Martin” “TR-3” üzərində işi 2025-ci ilin yazına qədər başa çatdıracağına ümid edirdi, lakin modernləşdirilmiş “F-35”lərin tədarükünün dəqiq tarixləri hələ də açıqlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR