ABŞ-də “Dəmir Qübbə” raketdən müdafiə sistemi yaradılacaq - Trampdan SƏRƏNCAM

13:53 / 28.01.2025
4416
Donald Tramp ABŞ-də “Dəmir Qübbə” raketdən müdafiə sisteminin yaradılmasına dair sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənəd Floridadan Merilendə uçarkən imzalanıb.
Qeyd edək ki, andiçmə günü Tramp sözügedən raketdən müdafiə sisteminin yerli istehsal ediləcəyini bildirmişdi.
Firuzə Əliyeva