İsrail Ordusu Tülkərmdə antiterror əməliyyatına başladı

İsrail Ordusu Tülkərmdə antiterror əməliyyatına başladı
Kateqoriya məlum deyil
T

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin şimalında yerləşən Tülkərm qəsəbəsində antiterror əməliyyatı keçirdiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalında məlumat yayılıb.

 

“İsrail Müdafiə Qüvvələri və Sərhəd Polisi Tülkərmdə antiterror əməliyyatına başlayıb”, - məlumatda deyilir.

 

İsrail Müdafiə Qüvvələri, həmçinin İordan çayının qərb sahilində Tülkərm şəhərinə hava hücumu nəticəsində HƏMAS hərəkatının səhra komandiri Əhəd Əbu Attivinin öldürüldüyünü açıqlayıb. 

 

Bildirilib ki, Əbu Attivi ilə yanaşı daha bir silahlı məhv edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR