Bakıdan Dubaya uçmaq istəyərkən saxlanıldı - Rusiya onu axtarırdı
Rusiya tərəfindən beynəlxalq axtarışa verilən Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Yelena Xaxalyeva Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Bu barədə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına məlumat verilib.
Rusiyanın onun ekstradisiyası ilə bağlı Azərbaycana müraciət ünvanlayacağı və müvafiq sənədləri təqdim edəcəyi bildirilir.
Qeyd edək ki, Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Onun 2016-2019-cu illərdə 127 iş günü işdə olmadığı və qanunsuz olaraq 1 milyon 195 min rubl maaş aldığı bildirilir.
O, 2020-ci ildə Krasnodar vilayət məhkəməsinin hakimi statusundan məhrum edilib. Mediada sabiq hakimin diplomunun saxta olduğunu bildirən bir sıra xəbərlər tirajlanıb. Rusiyanın İstintaq Komitəsi Xaxlayevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib.