Ukrayna PUA-ları Rusiyanın ən böyük zavodlarından birinin sonunu gətirib
Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından biri olan Bryansk "Kremniy EL" zavodu pilotsuz təyyarələrin hücumundan sonra fəaliyyətini dayandırıb.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hücum zamanı ölən və yaralananlar olmayıb.
Mətbuat xidmətinin məlumatına görə, ötən gecə altı pilotsuz uçan aparat (PUA) zavoda zərbələri qeydə alınıb: “Hücum nəticəsində müəssisənin istehsalat sahələrinin bir hissəsi və hazır məhsul anbarı zədələnib. Xüsusi enerji ilə təmin olunan obyektlərə ziyan dəyib, texnoloji istehsal zəncirləri pozulub. Şirkətin fəaliyyəti dayandırılıb”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 24-nə keçən gecə Rusiya regionları üzərində 121 PUA aşkarlanıb. Aşkarlanan PUA-ların hamısı məhv edilib. Lakin bəzi PUA-lar hədəflərə çata bilib.
Xatırladaq ki, Ukraynanın PUA-lar vasitəsilə "Kremniy EL" zavoduna hücumu ilk dəfə deyil. Sonuncu dəfə 2024-cü ilin oktyabrında pilotsuz təyyarənin hücumundan sonra zavodun enerji təchizatı dayandırılıb və istehsal zəncirləri kəsilib.
Vasif