Eynicinsililərin evliliyini qanuniləşdirib toy etdilər - FOTOLAR
Dünya
11:50 / 24.01.2025
6501
Ötən gün Tailandda yüzlərlə eynicinsli cütlük evlənib.
Sfera.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb ölkədə eynicinsdən olanların evlənməsinə verilən icazə olub.
Qanun layihəsi, heteroseksual cütlüklərlə eyni evlilik hüquqları uğrunda on ildən çox mübarizə aparan LGBTQ+ icması üçün mühüm qələbə hesab olunub.
Tailand parlamenti tərəfindən qəbul edilən və keçən il kral tərəfindən təsdiqlənən qanunvericiliyə əsasən, eynicinsli cütlüklər nikahlarını tam hüquqi, maliyyə və tibbi hüquqlar, həmçinin övladlığa götürmə və vərəsəlik hüquqları ilə qeyd edə bilirlər.
Toy şənlikləri ölkənin şərq sahilindəki Pattaya şəhərindən dağlıq şimaldakı Chiang Mai şəhərinə qədər uzanan ölkənin digər yerlərində də keçirilir.
İnci