Pişik gənc cütlüyün boşanmasına səbəb oldu
Amerikalı qadın sevgilisinin pişiyinə o qədər paxıllıq edib ki, sonda boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə 28 yaşlı gəncin özü sosial şəbəkədəki forumlarından birində paylaşım edib.
Sfera.az bildirir ki, qadın sevgilisinin pişiklə dərin emosional əlaqəsini ələ salaraq mənfi şərhlər verməyə başlayıb. Bu, mənfi sonun başlanğıcı olub.
Belə ki, paylaşım müəllifinin dediyinə görə, o, Jasper adlı pişiyini Emili (ad dəyişdirilib) ilə görüşməzdən çox əvvəl əldə edib. Onun sözlərinə görə, qadının heç vaxt pişiklərə qarşı allergiyası və ya ev heyvanlarından qorxması olmayıb. Ancaq bir anda o, sevgilisinin pişiklə dərin emosional əlaqəsini ələ salaraq mənfi şərhlər verməyə başlayıb.
Adam tezliklə anlayıb ki, Emili sadəcə olaraq onu qısqanır.
“Mən Jasperlə danışanda o, gözlərini zilləyir, divanda aramızda oturanda əsəbiləşir və pişiyin bizimlə bir çarpayıda yatmasına nifrət edirdi”- deyə müəllif qeyd edib.
Sonda yeni evlənənlər pişiyə görə ayrılıblar.
Emili sevgilisini heyvana insan kimi rəftar etməkdə günahlandırıb və sevgilisinin ondan əvvəl ev heyvanını salamlamasından inciyib. Günün birində qadın daha dözə bilməyib və ultimatum verib: ya o, ya da pişik. Kişi çox düşünmədən yoldaşı ilə sağollaşıb.
Paylaşım müəllifinin izah etdiyi kimi, əsl sevgidə ultimatumlara yer yoxdur. Onu məhdudlaşdıra bilmədiyi və şərtlər qoya bilmədiyi üçün Jasperi seçdi.
O vaxtdan bəri keçmiş sevgilisini heç görməyən kişi "Emili ağlamağa başladı, məni dəli adlandırdı, əşyalarını götürdü və getdi" - deyə bildirib.
Aynil