Tramp onlardan neftin qiymətinin aşağı salınmasını istəyəcək
Dünya
21:50 / 23.01.2025
19837
ABŞ Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətinin aşağı salınmasını, o cümlədən Ukrayna ilə bağlı Rusiyaya təzyiq göstərməyi istəyəcək.
Sfera.az xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışarkən deyib.
“Mən Səudiyyə Ərəbistanı və OPEK-dən neftin qiymətini aşağı salmağı xahiş etmək niyyətindəyəm”, - deyə Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, OPEK ölkələri neftin qiymətini çoxdan aşağı salmalı idilər. Onun sözlərinə görə, qiymət aşağı düşsə, Rusiya ilə Ukrayna arasındakı müharibə dərhal bitəcək. Trampın iddiasına görə, hazırda qiymət bu müharibənin davam etməsi üçün kifayət qədər yüksəkdir.