Lavrov Fidana başsağlığı verdi


Lavrov Fidana başsağlığı verdi

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Hakan Fidan arasında telefon danışığı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Söhbət zamanı Suriyada və onun ətrafındakı vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib”, - məlumatda deyilir

 

XİN başçıları siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün xarici aktorların səylərini birləşdirməsinin vacibliyini vurğulayıblar.

 

Bundan əlavə, Lavrov Bolu vilayətində dağ-xizək kurortunda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi hadisələrlə bağlı türkiyəli həmkarına başsağlığı verib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınlar hərbi xidmətə cəlb oluna bilər - VACİB AÇIQLAMA

Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qad...

Məhv edilən İran generallarının yerinə YENİ TƏYİNATLAR - FOTO

Xəbər verdiyimiz kimi, İsrailin İran ərazisinə zərbələri nəticəsində ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də...

Paytaxtın bu ərazisində işıq kəsiləcək

Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər...

Abituriyentlərin nəzərinə: Bu gün saat 23:59-a dək...

2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qab...

Qızıl kəskin bahalaşdı

Son geosiyası hadisələr fonunda qızılın qiyməti 48 dollardan çox artıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu Yorkun COMEX əmt...

İsrailin İrana hücumu: Bakı nefti kəskin bahalaşdı

İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra dünya bazarlarında neft kəskin bahalaşıb.   Sfera.az xəbər verir ki, hazırda &ldquo...