Logo

Tramp Rusiyaya ultimatum verdi

Tramp Rusiyaya ultimatum verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətindədir.

Sfera.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Əgər biz tezliklə razılıq əldə etməsək, mənim Rusiyanın ABŞ-yə və bu işdə iştirak edən digər ölkələrə satdığı hər məhsula yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq", - dövlət başçısı qeyd edib.

Tramp Rusiya tərəfinə "çox böyük yaxşılıq" etməyə hazır olduğunu bildirib.

"İndi qərara gəlin və bu mənasız müharibəni dayandırın. Yoxsa vəziyyət daha pis olacaq", - o yazıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR