Zelenski: Ukraynadakı münaqişədə Putin deyil, Tramp qalib gəlməlidir

Zelenski: Ukraynadakı münaqişədə Putin deyil, Tramp qalib gəlməlidir

Ukrayna Prezidenti Volodimir Zelenski iddia edib ki, Rusiya-Ukrayna müharibəsinə  son qoyulması  Rusiya lideri Vladimir Putinin deyil, ABŞ Prezidenti Donald Trampın qələbəsi olmalıdır.

 

Sfera.az xəbər verir ki, Bloomberg TV-yə müsahibəsində o, danışıqlara başlamazdan əvvəl ümumi fəaliyyət planı hazırlamağa çağırıb.

 

“Ukraynada müharibənin dayandırılması məsələsi, məncə, Putinin yox, Trampın qələbəsi olmalıdır. Putin onun üçün heç nə deyil. Amerika daha güclüdür, Avropa daha güclüdür, Çin Rusiyadan güclüdür”, - Zelenski deyib.

 

O, münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlara başlamazdan əvvəl birgə fəaliyyət planı formalaşdırmağa çağırıb. Onun sözlərinə görə, belə bir inkişaf ABŞ, Avropa İttifaqı, Ukrayna və onun xalqının maraqlarına uyğun olacaq.

 

Xatırladaq ki, bundan əvvəl “The Hill” qəzeti yazmışdı ki, Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra Rusiya lideri Vladimir Putini Ukrayna üzrə danışıqlar masasına oturmağa məcbur etmək cəhdi ilə onun ünvanına kəskin tənqidi fikirlər səsləndirib. Tramp Rusiyanı xüsusi hərbi əməliyyatı başa çatdırmağa çağırıb. Tramp vurğulayıb ki, Ukrayna ilə bağlı “saziş” əldə olunmasa, ABŞ Rusiyanın ABŞ və digər ölkələrə ixracına yeni sanksiyalar və rüsumlar tətbiq edəcək.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...