Los-Ancelesdə yeni yanğınla əlaqədar təxliyə başladı

Los-Ancelesdə yeni yanğınla əlaqədar təxliyə başladı

Los-Anceles dairəsində "Hughes" meşə yanğını ilə əlaqədar təxminən 31 min nəfər məcburi təxliyə bildirişləri alıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

 

"Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, dairənin 31 min sakini məcburi təxliyə bildirişləri alıb, daha 23 min nəfərə isə mümkün təxliyə barədə xəbərdarlıq edilib", - telekanal qeyd edib.

 

Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti bildirib ki, yanğının sahəsi 9,2 min akra (37 kv km) qədər artıb.

 

Daha əvvəl departament "Hughes" yanğınının dairənin 20 kv km-dən çox ərazisini əhatə etdiyini bildirmişdi.

 

Xatırladaq ki, Los-Anceles dairəsində yanvarın 7-də başlayan meşə yanğınları ştatın tarixində ən böyük yanğınlar kimi qəbul edilib. Yanğınların ümumi sahəsi 16 min hektarı keçib. Ən azı 25 nəfər həlak olub. Meteoroloqlar quru və küləkli havanın yanğının sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...