Keçmiş stüardessa donuz fermeri oldu: 28 min dollar qazanır - FOTOLAR


Keçmiş stüardessa donuz fermeri oldu: 28 min dollar qazanır - FOTOLAR

Çindən olan 27 yaşlı stüardessa Yang Yanxi işini tərk edərək, donuzçuluq etmək üçün doğma şəhərinə qayıdıb. Cəmi iki ay ərzində o, 200 min yuan (28 min dollar) qazanıb.

 

Sfera.az bildirir ki, qadın mütəmadi olaraq təsərrüfat həyatından hekayələri sosial mediada paylaşır. O, təxminən 1,2 milyon izləyici toplayıb.
 

Yang ölkənin şimal-şərqindəki Heilongjiang əyalətində kənd ailəsində anadan olub. Universiteti bitirdikdən sonra beş il Şanxay hava yollarından birində stüardessa işləyib. İşəgötürən üçün çətin vaxtlarda onun aylıq maaşı cəmi 2800 yuan (380 dollar) təşkil edib, ona görə də tez-tez valideynlərindən kömək istəməli olub.
 

27 yaşlı stüardessa Yang Yanxi donuzçu kimi yenidən təhsil alıb
 

Nəhayət, Yanxi başa düşüb ki, valideynləri onun xatirinə öz xərclərini kəsiblər və böyük borclar yığıblar. 2022-ci ilin oktyabrında anasının gizli şəkildə bir neçə dəfə lipoma çıxarılması əməliyyatı keçirdiyini öyrəndikdən sonra stüardessa işini tərk edib evə qayıtmağa qərar verib.


Çinli qadın qərarını belə izah edir: "Valideynlərim həmişə mənə yalnız yaxşı xəbərlər deyirdilər, amma pisləri gizlədirdilər. Evdən bu qədər uzaqda yaşamaq istəmirdim".
 

2023-cü ilin aprelində Yan qohumunun donuz fermasında işə düzəlib və heyvan yetişdirməyə başlayıb. Qadın mütəmadi olaraq təsərrüfat həyatından hekayələri sosial mediada paylaşır. O, gözəl paltarlar geyinir və donuzlara necə yem hazırladığını və onların ardınca necə təmizləndiyini göstərir.
 

Yanxi gələcəkdə fermanı genişləndirməyi, ixtisaslaşdırılmış mağaza və otel açmağı planlaşdırır.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...