Trampın həyat yoldaşı Melaniya da öz kriptovalyutasını buraxdı


Trampın həyat yoldaşı Melaniya da öz kriptovalyutasını buraxdı

ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya da öz memkoinini buraxıb.

 

Sfera.az-ın TASS-a istinadən verdiyi məlumata görə, kriptovalyuta "$TRUMP" memkoini ilə analoji olaraq "$MELANIA" adlandırılıb.

 

Kriptovalyutanın buraxılması barədə Melaniya Tramp "Truth Social"da məlumat verib.

 

"CoinMarketCap" platformasının məlumatına görə, Melaniyanın bir memkoinini hazırda 0.03 dollara almaq olar.

 

Xatırladaq ki, yanvarın 17-də Tramp öz kriptovalyutasının buraxılmasını elan edib. Bir gün ərzində memkoinlərin ticarət həcmi 11 milyard dolları ötüb, kriptovalyutanın kapitallaşması artıq 10.5 milyard dolları keçib. Bir "$TRUMP" memkoini hazırda 50 dollar ətrafında ticarət olunur.

 

Daha əvvəl "Bloomberg" agentliyi xəbər vermişdi ki, Tramp kriptovalyutanın inkişafını ABŞ-nin milli prioriteti elan edəcək fərman imzalamağı planlaşdırır.

 

Siyasətçinin andiçmə mərasimi bu gün, yanvarın 20-də keçiriləcək.

 

Qeyd edək ki, memkoinlər sosial eksperiment kimi yaradılan kriptovalyutadır. Onun qiyməti yaradıldığı fenomenin populyarlığından asılıdır. Məsələn, "politifi" tipli memkoinlər ("politic" (siyasi) və "finance" (maliyyə) sözlərinin qarışığı) hər hansı bir siyasi xadimin dəstəyi üçün yaradılır. Memkoinin qiyməti siyasətçinin dəstək səviyyəsindən asılıdır. Bu formatda olan kriptovalyutalar heç bir dəyər, ya istifadə üsulları daşımır və spekulyativ maliyyə alətidir.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...