Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat


Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib.

 

Konqres üzvü 20 Yanvar gecəsində minlərlə sovet hərbçisinin paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar, qadınlar da daxil olmaqla günahsız insanlara, dinc etirazçılara atəş açdığını, nəticədə 147 nəfərin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını, yüzlərlə etirazçının həbs edildiyini, bir neçə nəfərinsə itkin düşdüyünü bildirib.

 

Bəyanatda həmçinin, “Human Rights Watch”ın "Azərbaycanda Qara Yanvar" adlı hesabatına istinad edilərək, Bakıya hücum zamanı insan haqlarının ən amansız şəkildə pozulması, tibb işçilərinə, təcili yardım maşınlarına və hətta xəstəxanalara çoxsaylı hücumların olduğu bildirilib. Konqresmen qurbanların ailələrinə başsağlığını ifadə edib.

 

Bununla yanaşı, bəyanatda ABŞ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələrin qurulduğu qeyd olunub. Eyni zamanda ABŞ və Azərbaycanın hələ də strateji müttəfiq olduğu, dünyada ortaq maraqları bölüşdükləri vurğulanıb.

 

S.Kohen İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycan xalqının müstəqillik yolunda canlarını qurban verən vətəndaşlarını tanımağa və bir çox azərbaycanlıların həyatlarını qurban verdikləri demokratik dəyərlərə sadiq qalmağa dair çağırış edib.

 

20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt da bəyanatında dost və tərəfdaş olan Azərbaycan Respublikasında Qara Yanvarın 35-ci ildönümünün anıldığını bildirib. Konqres üzvü həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcını, XX əsrin çox hissəsində davam edən işğalı simvollaşdırdığını, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı ilin 19 yanvarında Azərbaycanın paytaxtı Bakıda SSRİ qoşunları tərəfindən 100-dən çox azərbaycanlı etirazçının öldürülməsi, yüzlərlə insanın yaralanmasını, zorakılıqların baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 18 oktyabr 1991-ci ildə müstəqillik qazanana qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.

 

R.Aderholt bəyanatda həmkarlarından, Azərbaycanda Qara Yanvar hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin, ABŞ-nin Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...