İsveç Latviyaya hərbçilər göndərdi

İsveç Latviyaya hərbçilər göndərdi

İsveç Camp Valdemar hərbi bazasındakı NATO-nun quru qoşunlarının gücləndirilməsi üçün 550 nəfərlik batalyonu Latviyaya göndərib. Bu, krallığın Şimali Atlantika Alyansının üzvü kimi ilk hərbi missiyasıdır.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

 

Batalyonun yerləşdirilməsi məxfi şəraitdə və dəniz yolu ilə həyata keçirilib.

 

İsveç silahlı qüvvələri Avropada sonuncu dəfə 90-cı illərdə Kosovoda sülhməramlı missiyada, daha sonra Mali və Əfqanıstandakı əməliyyatlarda iştirak ediblər. "Əvvəlki əməliyyatlarda bizim vəzifəmiz sülhü bərqərar etmək idi, bu dəfə biz müharibənin qarşısını almaq məqsədilə sülhün hökm sürdüyü bir ölkəyə gedirik", - Cənubi Skonsk alayının kommunikasiyaya görə məsul şəxsi Markus Nilsson bildirib.

 

NATO-nun quru qüvvələri Alyansın Rusiya ilə həmsərhəd olan bütün ölkələrində mövcuddur. İsveç 2004-cü ildən Latviyada yerləşdirilmiş bu qüvvələrdə iştirak edən on dördüncü ölkədir.


OXŞAR XƏBƏRLƏR

30 saatlıq həyəcana görə xəstəxanadan 50.000 dollar təzminat aldı

İspaniyada bir kişi həkim səhvinə görə təxminən 50 min avro təzminat alıb. Həkimlər onun daimi ereksiyasının öhdəsindən gəlməyə kömək edə bilməyiblər.  ...

Rəşad Sadıqov həmin davadan danışdı

“Çox üzücüdür ki, iki komanda arasında belə şey baş verdi”.   Sfera.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadı...

DİN İmişlidəki qəzadan daha bir VİDEO YAYDI

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən daha bir video yayıb.   DİN-in Mətbuat Xidmə...

Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat etdi

Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat etdi. Sfera.az Yenicag.az-a ist...

Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəs...

Kommunal işçilər küçədə 6000 avronu saxta hesab edərək zibilxanaya atdılar

Ukraynada kommunal xidmət işçiləri Sumı vilayətinin Şostka şəhərinin mərkəzi hissəsindən zibilləri təmizləyərkən içərisində Avropa valyutası olan bağlama aşkar ...