Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir
Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatlarda fövqəladə vəziyyət tətbiq etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.
"Bu, sərhədləri qorumaq və milyonlarla sənədsiz miqrantı deportasiya etmək vədini yerinə yetirmək üçün əlavə səlahiyyətlər və resurslar təmin etmək üçün hazırlanmış bir addımdır",- materialda qeyd olunub.
Nəşrin yazdığına görə, Tramp miqrasiya ilə mübarizə üçün bir anda bir neçə fərman vermək, həmçinin Amerika vətəndaşlığını anadangəlmə almaq hüququnu ləğv etmək istəyir. Qeyd olunur ki, son addım Respublikaçılar Partiyasında birmənalı qarşılanmadığından böyük ehtimalla təxirə salınacaq .
Noyabrın 11-də ABŞ-nin yeni seçilmiş prezidentinin qərargahının mətbuat katibi Caroline Leavitt bəyan edib ki, Tramp dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra elə ilk gündə qeyri-qanuni miqrantların deportasiyası üzrə ABŞ tarixində ən böyük əməliyyat keçirəcək.
Leavitt qeyd edib ki, Tramp ABŞ-nin cənubunda Meksika ilə sərhədi qorumaq üçün bütün tədbirləri görəcək. Onun sözlərinə görə, ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası bundan imtina edir.
İnci