Logo

Çinin əhalisi azalmaqda davam edir - STATİSTİKA

Çinin əhalisi azalmaqda davam edir - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çinin əhalisinin sayı üçüncü ildir ki, azalır.

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Çin əhalisinin sayı 2024-cü ilin sonunda 1,39 milyon nəfər azalıb.

Çinin Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan əhali sayı (materik hissədəki əhali - red.) 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfərə enib. Beləliklə, ölkə əhalisinin sayında 2022-ci ildən başlayan azalma tendensiyası 2023 və 2024-cü illərdə də davam edib.

Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. Əhali sayı azalsa da, yeni doğulanların sayında artım baş verib. Çində 2024-cü ildə 9,54 milyon körpə doğulub ki, bu da 2023-cü illə müqayisədə (9,02 milyon körpə) 5,7 faiz artım deməkdir.

Doğum artsa da, 2024-cü ildə 10,93 milyon insanın ölməsi əhali sayında azalmaya səbəb olub.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR