Lukaşenkoya motosiklet hədiyyə edildi

Lukaşenkoya motosiklet hədiyyə edildi

Belarus prezidentinə motosiklet hədiyyə edilib.

 

Sfera.az bildirir ki, bu barədə “Belta” xəbər agentliyi məlumat yayıb.  

 

““MotoVeloZavod” müəssisəsinə rəsmi səfəri zamanı Aleksandr Lukaşenkoya “Minsk D4 125” markalı motosiklet hədiyyə edilib”, - yerli KİV qeyd edib.

 

Bildirilib ki, bu model yenilənmiş istehsal yerində ilk buraxılan modeldir. İstehsalçının sözlərinə görə, motosiklet MDB ölkələrinin yol şəraitinə uyğunlaşdırılmış mülayim müasir dizayna malik qənaətcil modeldir.

 

Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırova da ötən il eyni model hədiyyə edilmişdi.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi - RƏY

III Şuşa Qlobal Media Forumu söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir.   Sfera.az xəbər verir ki, bunu Report”a ...

İranda güclü zəlzələ olub

Bu gecə İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytın...