Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var


Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.

 

Sfera.az xəbər verir ki, bu haqda İstanbul Valiliyi bəyanat yayıb.

 

“13.01.2025-ci il bazar ertəsi günündən etibarən İstanbulda saxta spirtli içkilərdən istifadə nəticəsində zəhərlənmə hallarında ciddi artım müşahidə olunub. Son 48 saat ərzində ümumilikdə 66 alkoqol zəhərlənməsi hadisəsi baş verib, zəhərlənənlərdən 23-ü həyatını itirib. İntubasiya olunmuş 32 xəstənin reanimasiya şöbələrində müalicəsi davam etdirilir. 01.01.2025-ci il tarixindən indiyədək İstanbulda saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib”, - açıqlamada qeyd olunub.

 

Bildirilir ki, polis bölmələri şəhər daxilində apardıqları əməliyyatlarda bu məsələ ilə bağlı 6 nəfəri saxlayıb. Həmin şəxslərdən ikisi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 4 nəfərlə bağlı polis əməliyyatları davam edir.

 

Məlumata görə, Türkiyədə 2025-ci il yanvarın 1-dən həyata keçirilən əməliyyat tədbirləri ilə ümumilikdə 29 ton saxta spirtli içki müsadirə edilib, saxta və qeyri-qanuni spirtli içkilərin satışı ilə məşğul olduğu aşkarlanan 64 sahibkarlıq subyektinin lisenziyası ləğv edilərək bağlanıb. 2024-cü ildə ümumilikdə 302 ton saxta spirtli içki müsadirə edilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...