Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı


Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.

 

Bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.

 

Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.

 

Sənədə əsasən, əldə edilən razılaşma Qəzzada hərbi əməliyyatların dayandırılmasına və bölgədə yaşayan fələstinli dinc əhaliyə zəruri humanitar yardımların çatdırılmasına və 15 aydan çoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasına şərait yaradacaq.

 

Ağ Ev rəhbəri xatırladıb ki, 2024-cü il mayın 31-də açıqlanan plan BMT-nin Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib.

 

"Bu, həm HƏMAS-ın üzləşdiyi ekstrimal təzyiqin və Livandakı atəşkəsdən sonra regiondakı qüvvələr arasında tarazlığın bərpası, habelə İranın zəifləməsi, eləcə də ABŞ-nin gərgin və israrlı diplomatiyası nəticəsində mümkün olub. Mənim bu istiqamətdəki diplomatik səylərim heç zaman dayandırılmayıb".

 

Bayden həmçinin HƏMAS-ın hücumları nəticəsində həlak olanları və onların ailələrini, habelə girovluqda olan ABŞ vətəndaşlarını anıb, onların geri qaytarılacağını bildirib.

 

Prezident deyib ki, bu istiqamətdə planın təfərrüatları yaxın vaxtlarda açıqlanacaq. /APA


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...