“TikTok” Elon Maska satılacaq? - Şirkətdən AÇIQLAMA

“TikTok” Elon Maska satılacaq? - Şirkətdən AÇIQLAMA

Məşhur sosial media platforması olan “TikTok”un ABŞ-dəki əməliyyatlarının dünyanın ən varlı adamı olan Elon Maska satıla biləcəyi ilə bağlı yayılan iddialara Çin şirkətindən cavab gəlib. 
 

Sfera.az xəbər verir ki, çinli şirkət “TikTok”la bağlı iddiaları “tam uydurma” adlandırıb. 


Xatırladaq ki, bir müddət öncə “Bloomberg” Çin rəsmilərinin “TikTok”un ABŞ-dəki əməliyyatlarını dünyanın ən zəngin adamına satmağı düşündüyünə dair xəbər yaymışdı. “TikTok”un sözçüsü “BBC News”a deyib ki, şirkət sırf uydurma olan şeylər barədə şərh vermək istəmir. 

 

Qeyd edək ki, şirkət ABŞ-dəki əməliyyatlarını satmayacağını əvvəllər dəfələrlə açıqlayıb. “Bloomberg” məsələ ilə bağlı məlumatlı olan mənbələrə istinadən xəbər verib ki, ABŞ Ali Məhkəməsi “TikTok” qadağasını təsdiq edərsə, Çin səlahiyyətliləri tətbiqin ABŞ-dəki əməliyyatlarını Elon Maskın sosial media platforması olan “X” ilə birləşdirməyi düşünür. Lakin bu ssenarinin yalnız danışıqlar mərhələsində olduğu bildirilib. 

 

ABŞ Ali Məhkəməsi yanvarın 19-dək “TikTok”la bağlı qərarını elan edəcək. Böyük ehtimalla, xarici ölkə vətəndaşına məxsus olan “TikTok”un ABŞ-dəki əməliyyatlarının məhdudlaşdırılmasına dair qərar qəbul ediləcək. Bu halda, “TikTok”un ABŞ-də istifadəsi tədricən çətinləşəcək. 

 

Vasif

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Efirdə ərini başqa qadınla göstərdilər, Şura “pozuntu yoxdur” dedi – VİDEO

Ötən gün ATV telekanalında yayımlanan “Rəngarəng” proqramında qalmaqallı anlar yaşanıb. Zaur Nəbioğlunun aparıcılığını etdiyi verilişin qonağı müğən...

Avropanın bu şəhərində müsəlmanlara hücumlar 70 faiz artıb

2024-cü ildə Almaniyanın paytaxtı Berlində müsəlmanlara qarşı hücumlar təxminən 70 faiz artıb.   Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir k...

Rusiya 1200 əsgərin cəsədini qaytardı

Rusiya Ukrayna Silahlı Qüvvələrinin (AFU) ilk min əsgərinin cəsədini Kiyevə təhvil verib.   Sfera.az xəbər verir ki, bu barədə “Telegram&r...

Bakıya enən məşhur təyyarə AZAL-a 700 mindən çox pul ödəyəcək - İDDİA

Məlum olduğu kimi, dünyanın ən iri sərnişin təyyarəsi 2 gün əvvəl Bakıya məcburi eniş edib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan ...

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu...

"Google" Android 16-nın buraxılış tarixini açıqladı

"Google" yaxın günlərdə Android 16 əməliyyat sisteminin yekun versiyasını təqdim edəcəyini açıqlayıb.   Sfera.az  xəbər verir ki, &quo...