Logo

Mirzoyan ABŞ-ə səfər edəcək, Blinkenlə görüşəcək

Mirzoyan ABŞ-ə səfər edəcək, Blinkenlə görüşəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ə səfər edəcək.

Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yanvarın 14-15-ə planlaşdırılan səfər zamanı nazir ABŞ-dəki həmkarları ilə, o cümlədən dövlət katibi Entoni Blinkenlə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, yanvarın 8-də mətbuat konfransı zamanı Mirzoyan bəyan edib ki, Ermənistan və ABŞ nümayəndələri strateji tərəfdaşlıq haqqında sənədin müzakirəsi üçün görüş hazırlayırlar.

"Biz strateji dialoqun səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldik. Müvafiq sənədlər müzakirə olunur", - deyə o bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR