Kim Çen In Rusiyaya rəsmi səfər edəcək
Şimali Koreya lideri Kim Çen In bu ilin birinci yarısında Rusiyaya rəsmi səfər edə bilər.
Sfera.az bildirir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb. Nəşr Cənubi Koreya kəşfiyyatına istinadən xəbər verib. Səfərin gözlənilən tarixi hələ məlum deyil.
Cənubi Koreya KİV-lərinin məlumatına görə, Kim Çen Inın səfəri may ayına planlaşdırıla bilər. “Bu, Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsinə təsadüf edə bilər. Ötən ilin oktyabrında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkələr arasında yüksək səviyyədə səfər mübadiləsinin aparıldığını qeyd edib”, - agentlik bildirib.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Andrey Belousov bildirmişdi ki, Rusiya hakimiyyəti KXDR ordusunu mayın 9-da Qırmızı Meydanda keçiriləcək hərbi paradda iştiraka dəvət edib və hazırda müsbət cavab gözləyir.
Günay