Bakıda restorana HÜCUM: obyekt sahibi yaralandı – ANBAAN VİDEO

Bakıda restorana HÜCUM: obyekt sahibi yaralandı – ANBAAN VİDEO

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Sheyx Lounge" restoranına qrup şəkilində kəsici və deşici alətlərlə hücum olub.

 

Sfera.az bildirir ki, Bakues.az-ın "Qaynar Xətti"nə daxil olan məlumata görə, hücum edən şəxslər sözügedən qəsəbə sakinləridir.

 

Restorana hücum edən 5 nəfər - Qədirov Fariz Arif oğlu, Qədirov Sübhan, Qədirov Ağa və kimliyi bilinməyən iki nəfər olub.

 

Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, həmçinin müştəriləri döydükləri iddia olunub.

 

Şahidlərin sözlərinə görə, qeyd olunan şəxslər restorana hücum zamanı obyektin işlədilməsinə icazə verməyəcəklərini bildiriblər.

 

Hücum nəticəsində restorana 25 min manata qədər maddi ziyan dəyib. Restoranı işlədən şəxs ayağından yaralanıb. O, həyatının təhlükə altında olduğunu bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...

Bu yolda 2 aydır ki, "həyat donub" - Təmir nə vaxt bitəcək?

Artıq iki aydır ki, Bakının hər zaman sıx nəqliyyatla seçilən Binəqədi şosesində kanalizasiya xətti ilə bağlı təmir-bərpa işləri aparılır.   Sfera.az...