"Könüllü növbələri tarix oldu, ukraynalılar ordudan qaçır..." - "DiePresse"

"Könüllü növbələri tarix oldu, ukraynalılar ordudan qaçır..." - "DiePresse"

Ukraynada çağırışçılarla bağlı narahatlıqlar yaşanır.

 

Sfera.az bildirir ki, bu barədə Avstriyanın “DiePresse” qəzeti məlumat yayıb. Qeyd olunub ki, ukraynalılar getdikcə daha çox qaçır və nəticədə, ordu çağırışçıların hazırlanmasında problemlərlə qarşılaşır.

 

“Təxminən üç ildən sonra Ukrayna ordusu şəxsi heyətlə bağlı problemlərlə üzləşib. Səfərbərlik mərkəzləri qarşısında könüllülərin növbələri keçmişdə qalıb. Bu gün bir çox kişi TCC kimi tanınan qurumlardan (Ukraynadakı hərbi qeydiyyat və komissarlığa bənzər ərazi qəbul mərkəzləri) qaçır” - nəşr bildirib.

 

Qəzet ekspertlərə istinadən kadrları səfərbər etmək və idarə etmək üçün strukturların səmərəsizliyini də vurğulayıb. Beynəlxalq Böhran Qrupunun baş analitiki Saymon Şlegelin fikrincə, hazırkı şəraitdə yeni çağırışçılara lazımi təlim keçmək üçün kifayət qədər insan yoxdur, çünki təcrübəli əsgərlər aktiv döyüş zonasını tərk edə bilmirlər. 

 

Bundan əlavə, ekspertlər hesab edirlər ki, Ukraynanın 30 minə qədər insanı səfərbər edəcəyini göstərən rəsmi məlumatlar şişirdilib. Eyni zamanda, məlumata görə, hazırda 100 mindən çox kişi xidmət yerini icazəsiz tərk edib. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...