İcra başçısı Seymur Orucov səyyar qəbul keçirdi

İcra başçısı Seymur Orucov səyyar qəbul keçirdi

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun oaraq 2025-ci ildə Ağstafa rayonunda vətəndaşların səyyar qəbullarının keçirilməsinə start verilib.

 

Sfera.az xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq cari ildə Qıraq Kəsəmən kənd tam orta məktəb binasında təşkil olunan ilk səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

 

Səyyar qəbulu giriş nitqi ilə açan Ağstafanın icra başçısı Seymur Orucov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2024-cü il dövlətimiz və xalqımız üçün əlamətdar və uğurlu illərdən biri kimi tarixə yazılıb. Ölkəmizin hərtərəfli inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasi xətti ilə Azərbaycan hər ötən il dünyada nüfuz və etimadını daha da möhkəmləndirir.

 

Ağstafada icra olunan abadlıq-quruculuq tədbirləri və sosial infrastruktur layihələr barədə məlumatlar diqqətə çatıdırlaraq bidirilib ki, görülən işlərin məqsədi əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasından ibarətdir.

 

Qəbulda vətəndaşların müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxslərinə zəruri tapşırıqlar verilib.    
 


OXŞAR XƏBƏRLƏR

Arıqlamaq istəyənlərin diqqətinə - Bu bitkinin yarpaqları möcüzəlidir

Cənubi Avstraliya Universitetinin alimləri zeytun yarpağı ekstraktının qan təzyiqini aşağı salmaq, qanda yağ səviyyəsini tənzimləmək və xroniki xəstəliklərdən q...

Törətdiyi cinayətə görə iki cəzadan birini seçmək təklif edildi

Keçmiş hüquqşünas, 65 yaşlı Timoti Skuls, 146 milyon funt sterlinq (7,6 milyard UAH) dələduzluq sxemlərinə görə cəza seçimi ilə üzləşib. Belə ki, hakim ona alte...

Alimlər 9 bal gücündə zəlzələ və 30 metrlik sunami proqnozlaşdırıblar

Amerikalı alimlər ABŞ hakimiyyətini seysmoloji vəziyyətlə bağlı həyəcanverici proqnozlara mümkün qədər tez diqqət yetirməyə çağırıblar.    Sfera...

Süni intellekt sayəsində 5 il ərzində 200 000 işçi ixtisar edilə bilər - Bu sahələrdə...

Bloomberg Intelligence (BI) hesabatına görə, dünyanın ən böyük bankları süni intellektdə (AI) irəliləyişlər səbəbindən yaxın 3-5 il ərzində təxminən 200 min iş ...

Azərbaycanda qəbiristanlıqdanOĞURLUQ - VİDEO

Göygölün Topalhəsənli kənd qəbiristanlığında tez-tez oğurluq hadisələri baş verir.   Sfera.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, bu ...

Vaşinqton ABŞ-nin 39-cu prezidenti Cimmi Karterlə vidalaşıb

ABŞ dekabrın 30-na keçən gecə 100 yaşında dünyasını dəyişən keçmiş prezident Cimmi Karterlə vidalaşıb. Sfera.az xəbər verir ki, vida mərasimi Vaşinqton Kated...