Logo

“Dünyada Böyük Depressiyanın oxşarı baş verəcək” - İnvestor

"Dünyada Böyük Depressiyanın oxşarı baş verəcək" - İnvestor
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2025-ci ildə dünya iqtisadiyyatı dərin böhranla üzləşə bilər. Hətta bu böhran miqyasına görə Böyük Depressiyadan fərqlənməyəcək.

Sfera.az xəbər verir ki, bunu amerikalı investor, “Rogers Holdings”in sahibi Cim Rocers RBC-yə müsahibəsində deyib. Rocers böhranın baş verəcəyi tarixi də açıqlayıb:

“Mən güman edirəm ki, qlobal böhran yazdan əvvəl, Donald Trampın yanvardakı andiçmə mərasimindən sonra başlayacaq”.

Rocersin sözlərinə görə, hazırda qlobal iqtisadiyyatda əsas problemlər həm ABŞ-də, həm də digər ölkələrdə dövlət borcunun artması, eləcə də yeni Tramp administrasiyasının proteksionist siyasətidir. Bu səbəblərdən amerikalı investor 1929-cu il Böyük Depressiya ssenarisinin təkrarlanacağını iddia edib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR