Kerimcan Durmaz həbs edildi
Sosial media fenomeni Kerimcan Durmaz həbs edilib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu yüksək sayda izləyicisi olan bəzi sosial media təsir sahiblərinin hesabları vasitəsilə qanunsuz mərc saytlarının reklamı ilə bağlı araşdırmalarını davam etdirir. Sosial media fenomeni Durmaz haqqında “Futbol və digər idman yarışlarında mərc oyunlarının və şans oyunlarının tənzimlənməsi haqqında qanun”u pozduğu iddiası ilə istintaq başladılıb.
İstintaq çərçivəsində ötən gün Durmaz saxlanılıb. Polis bölməsində əməliyyatları başa vuran Durmaz Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb. Burada prokurorluğa ifadə verən Durmaz İstanbul Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
O, ifadəsində ittihamları qəbul etməyib.