Ötən il 80 mindən çox miqrant Rusiyadan çıxarıldı
Dünya
12:34 / 08.01.2025
3027
Ötən il Rusiyada 80 mindən çox miqrant məcburi qaydada ölkədən çıxarılıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətindəki mənbə açıqlayıb.
Bildirilib ki, sözügedən şəxslər miqrasiya qaydalarını pozduqlarına görə Rusiyadan çıxarılıblar.
2023-cü ildə isə bu rəqəm 44,2 mindən bir qədər çox təşkil edib.
Qeyd edək ki, Rusiyada martın 5-dən ölkədə qeyri-qanuni olan və ya qanunu pozan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması üçün miqrasiya rejimi qüvvəyə minir. Onlar üçün müəyyən hüquq və azadlıqlar məhdudlaşdırılacaq və onlara miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri də tətbiq ediləcək.