İtaliyanın bu kəndində əhaliyə xəstələnmək qadağan edildi
Dünya
12:17 / 08.01.2025
3083
İtaliyanın Belkastro kəndində sakinlərə təcili tibbi yardım tələb edən ağır xəstəliyə tutulmaq qadağan edilib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ən yaxın xəstəxanadan 45 kilometr aralıda yerləşən 1200 əhalisi olan Belkastro kəndində administrasiyanın verdiyi fərmanla kənd camaatına xəstəliklərdən qorunmaq göstərişi verilib.
Sərəncamda təcili tibbi yardım tələb edən xəstəliklərin qarşısının alınmasının vacibliyi qeyd edilib və kənd sakinlərinə “zərərli ola biləcək davranışlara əl atmamaq və məişət bədbəxt hadisələrdən çəkinmək, evdən tez-tez çölə çıxmamaq, səyahətə çıxmamaq və başqa işlərlə məşğul olmamaq" tövsiyə olunub.