Kanada ABŞ-dən Alyaskanı istəyib
Kanadanın Ontario əyalətinin baş naziri Duq Ford Alyaskanı ABŞ-dən almağı təklif edib.
Sfera.az xəbər verir ki, bu barədə CTV News məlumat yayıb.
Belə ki, siyasətçi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanadanın Amerikanın bir hissəsi ola biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib .
"Bilirsinizmi, mən prezident Trampa əks təklif vermək istəyirəm: gəlin Alyaskanı alaq?" - o deyib.
Siyasətçinin sözlərinə görə, ölkəyə Minnesota və Minneapolis də əlavə edilə bilər.
Ford Kanadanın ABŞ-yə daxil olmasının qeyri-mümkün olduğunu vurğulayıb. O əlavə edib ki, kanadalılar da amerikalılar qədər fəxr edirlər. Baş nazir ümidvar olduğunu bildirib ki, hər iki dövlət dünyaya ən güclü, ən firavan və varlı olduqlarını sübut edə biləcəklər.
Bundan əvvəl Tramp Kanadanın baş naziri Castin Trüdonun gözlənilən istefasını elan etməsindən sonra ölkəsini 51-ci ştat olaraq ABŞ-yə qoşulmağa dəvət etmişdi. Onun sözlərinə görə, birləşmə ticarət tariflərini aradan qaldıracaq, vergiləri azaldacaq və Ottavaya Çin və Rusiya gəmilərinin təhdidlərindən tam təhlükəsizliyə zəmanət verəcək.
İnci