Daha bir xarici aviaşirkət Moskvaya uçuşların sayını azaldacaq

Daha bir xarici aviaşirkət Moskvaya uçuşların sayını azaldacaq

Özbəkistanın Qanot Şərq aviaşirkəti Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. 

 

Bildirilir ki, yanvarın 20-dən martın 6-dək Moskvaya Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən, Sankt-Peterburqa isə Səmərqənd və Namanqandan bəzi reyslər dayandırılacaq.

 

Məlumata görə, bu, Airbus A320 təyyarələrinə planlı texniki xidmətin aparılması zərurəti ilə bağlıdır. Sərnişinlərdən yaranan narahatlığa görə üzr istənilib və biletlərin qaytarılması və ya dəyişdirilməsi ilə bağlı məlumat üçün dəstək xidməti ilə əlaqə saxlamaları tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

Rusiyadan qovulan miqrantların sayı artır - REKORD RƏQƏM

2024-cü ildə 80 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduqlarına görə, Rusiyadan məcburi şəkildə çıxarılıb. &...

Türkiyədə təyyarə qəzaya uğradı - Pilot isə..

Türkiyənin Bursa şəhərində təlim təyyarəsi eniş zolağından çıxaraq qəzaya uğrayıb.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadi...

"Azərbaycan və İran xalqları çox sıx tellərlə bir-birinə bağlıdır"- İlham Əliyev

Prezident İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbulu zamanı xalqlarımızın çox sıx tellərlə...

Neft və qaz gəlirləri 1,6 milyard dollar AZALDI - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ildə neft və qaz satışlarından gəliri bir il əvvəlki dövrlə müqayisədə 1,6 milyard dollardan çox az...

Astrologiyanın ən xeyirxahları - Onlar sizi darda QOYMAZ!

Astrologiyada bəzi bürclər xeyirxahlıq xüsusiyyətləri ilə seçilirlər.   Sfera.az bu dəfə həmin bürclərlə məlumatı təqdim edir:   Balıqlar ...

Azərbaycanda qrip əleyhinə vaksinasiya üçün müraciət edənlərin sayı ARTDI

Son vaxtlar Azərbaycanda qrip əleyhinə vaksinasiya üçün müraciət edənlərin sayı artıb.   Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssi...