Fransa XİN: BRICS-in Kazan sammiti narahatedici siqnaldır

Fransa XİN: BRICS-in Kazan sammiti narahatedici siqnaldır

Fransa xarici işlər naziri Jan-Noel Barro BRICS ölkələrinin Kazanda keçirilən sammitindən narahatlığını ifadə edib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, o, bunu Parisdə keçirilən Fransa səfirlərinin konfransında çıxışı zamanı bəyan edib.

 

"BRICS-in Kazandakı görüşünün müvəffəqiyyəti, üzvlərinin gələcəyin necə olacağına dair ümumi bir baxışı olmasa da, gözardı edə bilməyəcəyimiz yeni bir xəbərdarlıqdır", - J.Barro bildirib. O, çoxtərəfli münasibətlərin islahatı yolunda vaxt itirməməyə çağırış edərək, indi "güclü olanı daha ədalətli, ədalətli olanı isə daha güclü etməyə" vaxt olmadığını bəyan edib.

 

"Ümid edirəm ki, 2026-cı ildə ölkəmiz "Yeddilik Qrupu"na sədrlik edəndə biz dünyanın və qlobal idarəetmənin gələcəyi üzərində ən vacib işi başa çatdıracağıq. BMT-nin 80 illiyinin qeyd edildiyi bir vaxtda, afrikalı tərəfdaşlarımıza qlobal idarəetmədə, Təhlükəsizlik Şurasında və beynəlxalq maliyyə qurumlarında layiqli yer təmin etmək üçün qətiyyətlə irəli getməliyik”, - o əlavə edib.

 

Qeyd edək ki, ötən il oktyabrın 22-24-də Kazanda BRICS-in 16-cı sammiti keçirilib.


OXŞAR XƏBƏRLƏR

Misirdə “Qlobal Qəzza Yürüşü” iştirakçıları saxlanıldı - FOTO

Misirdə Qəzza ilə həmrəylik məqsədilə keçiriləcək “Qlobal Qəzza Yürüşü”nə qatılmaq üçün ölkəyə gələn bir sıra beynəlxalq fəalların saxlanıldığı bild...

ABŞ-də etiraz dalğası yayılır - Kimdir MÜQƏSSİR?

Son günlər ABŞ-nin bəzi ştatlarında komendat rejimi elan olunub. Belə ki, Vaşinqtonun ştatı Spokanın bir rayonunda və Los Ancelesdə komendant saatı tətbiq edili...

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı verib.   Sfera.az xəbər verir ki, bununla bağlı XİN-in sosial şəbəkə...

Ramil Həsən yenidən baş katib seçildi

Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin ...

Bu məşhurlar evlənmədən uşaq sahibi olublar - ADLAR

Son illərdə məşhurlar arasında rəsmi nikaha girmədən birlikdə yaşamaq və ailə qurmaq meyli artmaqdadır. Bir çox tanınmış simalar nikahsız uzunmüddətli münasibət...

Şöbə müdiri xəstəxanada ad günü keçirdi - İşdən qovuldu

Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri Vüqar Qazıyev işdən çıxarılıb.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, bununl...