Kanadanın Baş naziri bu tarixdə İSTEFA VERƏCƏK - SƏBƏB
Dünya
14:40 / 06.01.2025
2527
Kanadanın Baş naziri Castin Trüdo partiya sədrliyindən və Baş nazir vəzifəsindən istefa verməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “The Globe and Mail” qəzeti adı açıqlanmayan mənbələrə əsaslanaraq dərc edib.
Trüdo hakim Liberal Partiyasının sədridir. Xəbərə görə, Trüdonun istefasına səbəb, partiyadaşlarının ondan narazı olmasıdır. Partiya üzvləri növbəti seçkilərdə məğlub olmamaları üçün Trüdonun vəzifəsindən uzaqlaşdırılmasını istəyirlər. Amma Trüdo partiyadaşlarını qabaqlamaq istəyir.
Nəşr yazır ki, Trüdo işdən çıxarılmış kimi görünməmək üçün özü öncədən istefa verəcək. İddialara görə, o, yanvarın 8-nə kimi istefasını elan edəcək.
Vasif
Sfera.az