Rusiyaya qarşı yeni sanksiyalar HAZIRLANIR - Hədəfdə tankerlərdir
ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Budəfəki sabksiyalar neft tankerlərinə qarşı tətbiq olunacaq.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı iki administrasiya rəsmisi “Reuters”ə bildirib. Nəşr iddia edir ki, ABŞ administrasiyası Rusiyadan neft alıb daşıyan tankerlərin sahibi olan şirkətləri ciddi nəzarətə götürəcək. Əgər rus nefti 60 dollardan baha satılarsa, həmin tankerlərdən istifadə edən şirkətlərə qarşı sanksiyalar tətbiq olunacaq.
Agentliyin məlumatına görə, Vaşinqton bu cür əməliyyatlarla bağlı Çin banklarına qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir.
Xatırladaq ki, 2024-cü ilin dekabrın ortalarında “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, G7 ölkələri Rusiyadan alınan neftin qiymət tavanını 60 dollardan 40 dollara endirə bilər. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, dövlətlər Rusiya xam neftinin emalına tam qadağa qoyulması imkanını da nəzərdən keçirirlər. Həmin ay “The Washington Post” yazıb ki, Co Bayden administrasiyası Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edə bilər və bu, Rusiya neft ixrac edən şirkətlərə və yük gəmilərinə təsir edəcək.
Vasif
Sfera.az