Konqres Trampın and içməsindən əvvəl sərhədlə bağlı qanun qəbul edəcək

Konqres Trampın and içməsindən əvvəl sərhədlə bağlı qanun qəbul edəcək

Amerika qanunvericiləri yaxın iki həftə ərzində dövlət sərhədindəki vəziyyət və miqrasiya böhranı ilə bağlı bir neçə qanun layihəsini qəbul etmək niyyətindədirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimi günü onları imzalaya bilsin.

 

Sfera.az xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

 

“Qarşıdakı iki həftə ərzində nəzərdən keçirəcəyimiz bir neçə qanun layihəsimiz var. Biz onları Nümayəndələr Palatasında keçirib Senata göndərəcəyik ki, prezident Tramp yanvarın 20-də vəzifəyə başlayanda hər şey hazır olsun. Bir sıra sərhəd məsələləri var ki, onları həll etmək sadəcə olaraq sağlam düşüncədir. Hətta bəzi qanun layihələri üzrə bir neçə Demokratın səsi də ala bilərik”, - deyə o qeyd edib.

 

Miqrasiya böhranı ABŞ-dakı seçki yarışının əsas problemlərindən birinə çevrilib, respublikaçılar əslində onun kəskin pisləşməsinə görə Cozef Bayden administrasiyasını və Demokratları günahlandırıblar.

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ictimaiyyət qarşısında çıxışlarında dəfələrlə bildirib ki, o, inauqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir.


OXŞAR XƏBƏRLƏR

Britaniyada mənzil qiymətləri rekord həddə çatdı - MƏBLƏĞ

Britaniyanın mənzil maliyyələşdirmə şirkəti olan “Halifax” 2024-cü ildə ölkədəki mənzil qiymətlərindəki dəyişikliyi açıqlayıb.   Sfe...

Rusiyada yeni təhsil sistemi - Bakalavr pilləsi ləğv edilir

2026-cı il sentyabrın 1-dən Rusiya universitetləri yeni ali təhsil sisteminə keçid edəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Rusiya KİV məluma...

Makronun Azərbaycanı ittiham etməsinin PƏRDƏARXASI

Ötən gün Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı Azərbaycanla bağlı bir sıra fikirlər səsləndirib. O qeyd edib ki, Ermənistan...

Fransa XİN: BRICS-in Kazan sammiti narahatedici siqnaldır

Fransa xarici işlər naziri Jan-Noel Barro BRICS ölkələrinin Kazanda keçirilən sammitindən narahatlığını ifadə edib.   Sfera.az TASS-a istinadən xəbər...

Antoni Blinken Yaponiya XİN başçısı ilə Şimali Koreya məsələsini müzakirə etdi

Tokioda səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azər Türk Bank bu təşkilatla əməkdaşlıq Memorandumu İMZALADI

Dövlət bankı Azər Türk Bank  və "Visa" Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsind...