Təyyarənin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə AÇIQLANACAQ

Təyyarənin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə AÇIQLANACAQ

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə report-un Qazaxıstan bürosuna Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.

 

Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.

 

Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.

 

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

 

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.


OXŞAR XƏBƏRLƏR

Dəmir çubuq beynini deşərək keçsə də sağ qalan adam - FOTO

Təsəvvür edin ki, beyninizə dəmir çubuq vurulub və sağ qalmısınız. Qeyri-mümkün səslənir, elə deyilmi? Lakin 1848-ci ildə qatar yolunun tikintisi ilə məşğul ola...

Tarixin ən bahalı maşını 11 milyon dollar dəyərində qiymətləndirildi - FOTOLAR

ABŞ-da “RM Sotheby's” hərrac evində 1966-cı il istehsalı olan “Ford GT40” kupesi auksiona çıxarılıb. İdman avtomobili üçün 11 milyon...

Bu necə xəyaldır?- İtə çevrilmək üçün 12500 Avro xərcləyən adam - FOTOLAR

Təxəyyülünün həddi-hüdudu olmayan bir adam təsəvvür edin: 12 min avro xərcləyib itə çevrilmiş biri. Toko bu arzusuna öz Border Collie kostyumunda dördayaq üstə ...

Braziliyalı 116 yaşlı rahibə dünyanın ən yaşlı insanı oldu - FOTO

Braziliyalı rahibə rəsmi olaraq dünyanın ən yaşlı insanı kimi tanınıb.    Sfera.az bildirir ki, 1908-ci il iyunun 8-də anadan olan İnah Canabarr...

Azərbaycan–İran sərhədində NÖVBƏTİ ZƏLZƏLƏ OLDU

Azərbaycanın İranla sərhədyanı bölgəsində 3,6 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidm...

Dünyanın ən çirkli adamı 60 il duş qəbul etməməsinin faciəvi səbəbi - FOTO

İranın Dejgah kəndində yaşayan Amou Hacı 60 il sabun və sudan uzaq bir həyat yaşayıb. Onu bu qeyri-adi həyat tərzinə nə vadar etdi? Seçimdən, yoxsa daha dərin h...