Rusiyanın hərbi helikopteri qəzaya uğradı - Ekipaj üzvləri öldü

Rusiyanın hərbi helikopteri qəzaya uğradı - Ekipaj üzvləri öldü

Rusiyanın Voronej vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli “MOYO!” nəşrinə regionun İstintaq Komitəsindən bildirilib.

 

“Mi-28 hərbi helikopteri Voronej vilayətində qəzaya uğrayıb və yanıb. Faciə yanvarın 1-də baş verib. <…> Müstəntiqlər araşdırmaya başlayıblar”, – nəşr qeyd edib.

 

Hadisənin təxminən saat 18:00-da baş verdiyi deyilir. Qəzanın səbəbləri bəlli deyil.

 

Müstəqil "Astra" teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.

 

Xatırladaq ki, ötən ilin iyulunda ölkənin Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğramışdı.


OXŞAR XƏBƏRLƏR

Vüqar Həşimovun bacısına vəzifə verildi

Mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva yeni vəzifəyə təyin olunub.   Sfera.az “Unikal”a istinadən xəbər verir ki, S...

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...