Bu ölkədə ardıcıl güclü zəlzələ baş verdi: əhali köçürülür
Dünya
22:45 / 04.01.2025
21295
Efiopiyada ən güclüsü 5,8 bal olan silsilə zəlzələlərdən sonra təxliyə başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Efiopiya hökuməti təsirə məruz qalan ərazilərdə təxminən 80 min insanın yaşadığını və ən həssas insanların müvəqqəti sığınacaqlara köçürüldüyünü bildirib.
“Zəlzələlərin sayı maqnituda və tezliyə görə artır”, - deyə məlumatda bildirilir.
Dəymiş ziyanı qiymətləndirmək üçün əraziyə ekspertlər göndərilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, son zəlzələ 4,7 bal gücündə, saat 12:40 radələrində Oromiya əyalətinin Metehara şəhərindən təxminən 33 kilometr şimalda baş verib.
Zəlzələlər evlərə ziyan vurub və Afar bölgəsindəki Segento yaxınlığında əvvəllər sönmüş Dofan vulkanını oyadıb.