Logo

Rusiyanın Orenburq vilayətində kütləvi qəzada beş nəfər öldü

Rusiyanın Orenburq vilayətində kütləvi qəzada beş nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Orenburq vilayətinin Perevolosk rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Perevolosk rayonunda M-5 “Ural” yolunun 361-ci kilometrində Perevolotski qəsəbəsi yaxınlığında Orenburqa gedən yolda iki minik avtomobilinin (“Toyota”, “Şkoda Fabia”) və “Skania” yük maşınının toqquşması barədə məlumat daxil olub. Qəza nəticəsində beş nəfər həlak olub”, – məlumatda deyilib.

Qeyd olunub ki, Rusiya FHN əməkdaşları həlak olanların meyitlərini çıxarıblar. Qəza yerində ikitərəfli hərəkət təşkil edilib. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR