Ərinin ölümünə görə müğənniyə cinayət işi açıldı
Dünya
23:09 / 03.01.2025
5489
Latviya İstintaq Komitəsi Yanis Timmanın ölümü ilə bağlı cinayət işi açıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, basketbolçunun dostu Mark Puqaçov Yanisin boşanma ərəfəsində olduğu xanımı, müğənni Anna Sedokovanın əleyhinə ifadə verəcək. İddialara görə, müğənni Yanisin 180 milyon rubla aldığı 4 Moskva mənzili üçün sifarişli qətl törədib.
İdmançının meyiti ötən il dekabrın 17-də səhər Zveniqorodskoye şossesində evlərin birinin girişində tapılıb. Onların Sedokova ilə evliliyi bir həftə sonra etibarsız elan edilib. Basketbolçunun cəsədinin yanında Annanın nömrəsi və "ona zəng etdin" deyə mesaj olub. Basketbolçunun ölümünün ilkin səbəbi asfiksiya göstərilib.