İki türk ölkəsi arasında yeni dəmir yol xətti çəkilir


İki türk ölkəsi arasında yeni dəmir yol xətti çəkilir

Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.

 

Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.

 

“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, - deyə məlumatda bildirilir.


OXŞAR XƏBƏRLƏR